Siyasət

Səfir: “Türk dünyasının layihələri Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verəcək”

Sharing is caring!


“Türk dünyasının Azərbaycanda həyata keçirəcəyi layihələr təkcə neft və qaz deyil, həm də qeyri-neft sektorunun inkişafına töhfə verəcək”.

“Report” xəbər verir ki, bunu “Türkiyə texnologiya bazarı ilə tanışlıq” adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfirin sözlərinə görə, bu gün Azərbaycanda 19 Türkiyə şirkətinin texnologiya sahəsində təqdimatı, ötən il Azərbaycanda açılmış Bilişim Vadisinin növbəti mərkəzinin açılması, həmçinin, ötən həftə baş tutmuş “Inmerge” İnnovasiya Sammiti Azərbaycan və Türkiyənin texnologiya sektorunda əməkdaşlığının daha da genişləndirilməsi baxımından əvəzsizdir.

C.Bağçı bildirib ki, Türkiyə ilə Azərbaycan neft və qaz sektoru ilə yanaşı, texnologiyalar və İKT sektorunda da əməkdaşlıq edəcəklər:

“Bu əməkdaşlıq hər iki ölkə üçün çox faydalı olacaq. Azərbaycanın son illərdə İKT sektorunda ekosistemə verdiyi töhfələr bizi sevindirir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir