Dünya

İsrail Hərbi Hava Qüvvələrinə onlarla yeni qırıcı və hava tankeri veriləcək

Sharing is caring!

ABŞ-nin “Boeing” konserni fevralın 20-də elan edib ki, İsraillə əməkdaşlığın genişləndirilməsi çərçivəsində ölkənin Hərbi Hava Qüvvələrinə 25 ədəd “F-15 IA” (İsrael Advanced) qırıcısı tədarük edəcək.

Bundan əlavə, İsrail Ordusu 4 ədəd “Boeing KC-46” hərbi tanker təyyarəsi alacaq.

KC-46 İsrail Hərbi Hava Qüvvələrində köhnəlmiş “Boeing 707” təyyarələrini əvəz edəcək.

Məlumata görə, çatdırılma 2025-ci ildə gözlənilir.

Bildirilir ki, yaxın gələcəkdə, israilə daha 25 qırıcı və 4 hava tankeri ayrıla bilər.

Mənbə: news.co.il

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir