İdman

Türkiyəli MMA döyüşçüsü: “Rizin”də döyüşəcəyimi eşidən kimi rəqibin kimliyini soruşmadan razılaşdım”

Sharing is caring!


“Rizin”də döyüşəcəyimi eşidən kimi rəqibin kimliyini soruşmadan razılaşdım”.

“Report”un məlumatına görə, bunu Türkiyənin MMA idmançısı Ferit Göktepe “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

O, azərbaycanlı Mehman Məmmədovla keçirəcəyi döyüşlə bağlı fikirlərini bildirib:

“Görüşü son gündə qəbul etdim. Daha əvvəldən də səhər və axşam məşqlər edirdim. Amma indi çəkimi azaltmaqla məşğulam. Ümumiyyətlə, “Rizin” böyük təşkilatdır. Burada olduğum üçün xoşbəxtəm. Ani qərar vermək cəsarət tələb edir ki, bu da məndə var. Daha əvvəldən də başqa təşkilatlardan təkliflərim var idi. Ancaq “Rizin”i eşidən kimi fikrimi qətiləşdirdim”.

Türkiyəli döyüşçü Mehman Məmmədov barədə müsbət fikirlər səsləndirib:

“Rəqibimə hörmətlə yanaşıram, təcrübəli, yaxşı idmançıdır. Ancaq mən də bir o qədər təhlükəli və cəsuram. Boksda, cüdoda, bir sözlə, bütün sahələrdə yaxşıyam. Universal idmançıyam, istənilən üslubda çıxış etməyə hazıram. Məqsədim rəqibimi nokaut etmək və ya boğmaqdır. Bunu reallaşdırmağa çalışacağam. İstədiyimi həyata keçirə bilsəm, yaxşı müqaviləyə qol çəkə bilərəm”.

Ferit Göktepe özünü xaraktercə yaponlara oxşadıb:

“Yaponları türklərə çox bənzədirəm. Xarakterli insanlardır. Mən özüm də onlara oxşayıram. Məni özlərindən biri kimi görə bilərlər”.

Qeyd edək ki, Ferit Göktepe ilə Mehman Məmmədov arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir