Cəmiyyət

“Ona bir şey olsa, həyatımın mənası qalmaz” – Anadan yardım ÇAĞIRIŞI + FOTO/VİDEO

Sharing is caring!


“Röyala ayda iki dəfə qan köçürülür, talassemiyanın yaratdığı xroniki dəmir yüklənməsini müalicə etmək üçün gündəlik olaraq qarın boşluğundan müvafiq dərman sistemi verilir. Belə tədbirlər oğlumun ömrünü uzatmaq üçün lazımdır”.

Bu sözləri beta talassemiyanın ağır formasından əziyyət çəkən 17 yaşlı Röyalın anası, Bakı sakini Gülbahar Əsgərova Media.Az-ın redaksiyasına müraciətində deyib.

Onun sözlərinə görə, yeniyetmə bir müddət əvvəl vərəmli meningitlə xəstələnib, nəticədə görmə qabiliyyətini itirib:

“Təəssüf ki, o, vərəmin ağır forması ilə xəstələndi. Dörd ay xəstəxanada yatdıq”, – deyə ana bildirir.

Ailə hər ay onun müalicəsinə 500 manata yaxın pul xərcləyir, lakin hazırda başqa dərman partiyası almağa imkanları yoxdur.

Qeyd edək ki, vərəmli meningit onurğa beyni və baş beynin membranlarına təsir göstərir. Bu tip meningit olan insanlar 30% hallarda ciddi nevroloji nəticələrlə üzləşirlər. Təəssüf ki, Röyal da bu siyahıya daxildir.

“Vərəmli meningit ciddi bir fəsad törədib – görmə siniri atrofiyaya uğrayıb. Bu, orqanın sinir hissəsinə təsir edən patoloji proseslərin inkişafı səbəbindən görmənin zəifləməsi ilə xarakterizə olunan göz xəstəliyidir. Hazırda oğlum, ümumiyyətlə, heç nə görmür. Onun görmə qabiliyyətini bərpa etmək üçün hər şeyi edirik. Bununla belə, Röyalın demək olar ki, bütün dərmanları tükənmək üzrədir və yenisini almağa imkanımız yoxdur”, – deyə yeniyetmənin anası deyib.

Qadının sözlərinə görə, oğluna və xəstə anasına baxdığı üçün işləmir, həyat yoldaşı isə adi fəhlədir, lakin hazırda səhhətində yaranmış problemlə əlaqədar müvəqqəti işsizdir.

“İndi anamın və Röyalın (280 manat) pensiyası hesabına yaşayırıq. Uşağım meyvə istəyəndə ala bilmədiyim üçün ürəyim parçalanır. Ümidsizlikdən ilk dəfədir ki, insanlara kömək üçün müraciət edirəm. Azərbaycan xalqından xahiş edirəm ki, bizi bədbəxtliyimizlə tək qoymasın, Röyal mənim yeganə övladımdır, onun başına bir iş gəlsə, həyatın mənasını itirəcəyəm”, – deyə G.Əsgərova bildirib.

Redaksiya olaraq hər kəsi Royalın probleminə laqeyd qalmamağa və bacardıqları qədər kömək etməyə çağırırıq.

Köməklik göstərmək istəyənlər aşağıdakı bank kartına pul köçürə bilərlər:

“Kapital Bank”: 4169 7388 6051 2254.

Röyalın valideynləri ilə əlaqə: (055) 557-43-29.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir