Dünya

Donnarumma komandasını pis vəziyyətdə qoydu

Sharing is caring!


PSJ-nin italiyalı qapıçısı Canluici Donnarumma Fransa çempionatının qarşıdakı iki oyununda komandasına kömək edə bilməyəcək.

Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı qolkiper Fransa çempionatının 14-cü turunda “Havr”la oyunda etdiyi kobudluğa görə diskvalifikasiya olunub.

Xatırladaq ki, qarşılaşmanın 10-cu dəqiqəsində C. Donnarumma ayağını icazə verilən həddən yuxarı qaldıraraq təhlükəli oynayıb və rəqibinin sinəsinə zərbə endirib. Nəticədə hakim onu meydandan qovub.

Beləliklə, qolkiper Fransa çempionatının 15-ci və 16-cı turunda “Nant” və “Lill” klubları ilə qarşılaşmalarda iştirak edə bilməyəcək.

Mənbə: Psg.fr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir