Dünya

Ərdoğan kürəkəninin istefasını qəbul etdi

Sharing is caring!

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakın istefası qəbul edilib.

 

Xəbəral.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

 

“Bilindiyi kimi, 8 noyabr 2020-ci ildə Xəzinə və Maliyyə nazirimiz Berat Albayrak sosial şəbəkə hesablarından birində səhhəti ilə bağlı vəzifədən azad edilməsini istədiyi haqqında açıqlama yayıb. Prezidentimiz tərəfindən aparılan qiymətləndirmə nəticəsində Xəzinə və Maliyyə naziri Berat Albayrakın vəzifədən azad edilmə tələbi qəbul edilib”, – deyə idarədən bildirilib.

 

Qeyd edək, Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir