Siyasət

Britaniya səfirliyi Bakıda müharibə qurbanlarının xatirəsini anıb – FOTO

Sharing is caring!


Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Bakıda müharibə qurbanlarının xatirəsini yad etmək üçün Anım günü keçirib.

Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” hesabında yazıb.

“Münaqişə nəticəsində həyatını itirənlərin və yaralananların hamısını xatırlamaq üçün hər il anım mərasimi keçiririk. Böyük Britaniyanın Bakıdakı icması, diplomatik missiyaların və Müdafiə Nazirliyinin nümayəndələri bu mərasimdə iştirak edərək müharibə qurbanlarını iki dəqiqəlik sükutla yad ediblər”, – deyə paylaşımda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir