Cəmiyyət

Bərdədə dəhşətli avtomobil qəzası: Ölən var

Sharing is caring!


Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, ölən var.

“Report” xəbər verir ki, hadisə Bərdə rayonu, Yeni Daşkənd kəndindən Bərdə-Tərtər yolu istiqamətində qeydə alınıb.

Belə ki, Təhsin Cabbarovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə 1986-cı il təvəllüdlü Elməddin Məhərrəmovun idarə etdiyi VAZ-2106 markalı avtomobil toqquşub. Nəticədə VAZ-2106 markalı avtomobilin sürücüsü E.Məhərrəmov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir