MDB

Qırğızıstanda yenidən Müdafiə Nazirliyi yaradılır

Sharing is caring!

Qırğızıstanda yenidən Müdafiə Nazirliyi yaradılır.

XəbərAl.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov fərman imzalayıb.

“Qırğızıstan Respublikası Müdafiə Məsələləri üzrə Dövlət Komitəsi və Silahlı Qüvvələrinin Baş Qərargahı əsasında Qırğızıstan Müdafiə Nazirliyinin yaradılması məqsədəuyğun hesab edilir”, – deyə Prezidentin mətbuat xidməti bildirib.

Qeyd edək ki, Qırğızıstanda Müdafiə Nazirliyi 1993-2015-ci illərdə fəaliyyət göstərib. Almazbek Atambayevin prezidentliyi dövründə Müdafiə Nazirliyi Müdafiə Məsələləri üzrə Dövlət Komitəsinə (MMDK) çevrilib. Həmin vaxt bütün güc və hüquq-mühafizə orqanları, o cümlədən MMDK Baş Qərargahın tabeliyinə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir