İdman

Azərbaycan cüdoçuları Avropa Kubokunu dörd medalla başa vurublar

Sharing is caring!


Azərbaycan cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu dörd medalla başa vurublar.

“Report” xəbər verir ki, yığma üzvləri turnirdə iki gümüş, iki bürünc medal əldə ediblər.

Bununla cüdoçularımız ümumi hesabda 11-ci, oğlanlar arasında isə altıncı yeri tutublar.

Qeyd edək ki, Avropa Kubokunda Azərbaycan yeddi çəki dərəcəsində 32 cüdoçu ilə təmsil olunub. Emil Səfərov (50 kq) və Kənan Sadıqov (66 kq) gümüş, Əhməd Mehdiyev (73 kq) və Əli Qazıməmmədov (81 kq) isə bürünc mükafata yiyələniblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir