Siyasət

Lyuk Frensis Kerol: “Fransa uzun illər Martinikada məscid tikintisinə mane olub”

Sharing is caring!


“Fransanın mərkəzi hakimiyyət orqanları uzun illər ərzində Martinikada məscid tikintisinə mane olub”.

“Report” xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol mətbuat konfransında deyib.

“Müsəlman əhali üçün Martinikada məscid tikilməsi nəzərdə tutulurdu. Buna baxmayaraq, Fransa hakimiyyəti süni maneələr yaratmışdı. Son nəticədə məscidin tikintisi 25 il çəkib. Bu onların ikiüzlülüyünü bir daha sübut edib. Sözdə bir şey deyirlər, əməlləri isə bunun əksini göstərir”, – deyə o bildirib.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcək.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir