Dünya

Qəzza ilə həmsərhəd bölgələri təkcə HƏMAS yaraqlıları talan etməyiblər: Uşaq, qadın və qocalar da olub – FOTO

Sharing is caring!


Qəzza zolağı ilə həmsərhəd yaşayış məntəqələrinin talan edilməsində təkcə HƏMAS silahlıları deyil, həm də adi fələstinlilər – uşaqlar, qadınlar və qocalar da iştirak edib.

Bu barədə həmin bölgədə yaşayan israillilər danışıblar.

“BILD” nəşrinin müxbiri Byörn Ştrisel oktyabrın 7-də Qəzza zolağından 2 kilometr məsafədə yerləşən Nir-Oz kibbusunda qırğından sağ çıxan bir neçə nəfərdən müsahibə alıb.

Hücumla bağlı yayılan bəzi kadrlarda doğrudan da qoltuq dəyənəyi ilə gəzən yaşlı kişi əks olunub.

Sağ qalanlar bildirirlər ki, qorunmaq üçün girdikləri otaqlardan evlərini qarət edən qadın və uşaqların səslərini eşidiblər. Həmçinin aralarında qadın və uşaqların da olduğu yüzlərlə insanın küçədə bayram qışqırıqlarını, bir-biri ilə bayramlaşmalarını eşidiblər.

Bu sərhəd bölgələrində yaşayan israillilər fələstinlilərlə dostluq etdiklərini, onlarla sülhün tərəfdarı olduqlarını, ünsiyyətdə olduqlarını, toylara getdiklərini, onların hüquqlarını müdafiə etdiklərini və çox sayda fələstinlinin onların yanında çalışdığını qeyd ediblər.

Bu səbəbdən də fələstinlilərin bu hərəkətlərinin arxadan zərbə olduğunu deyiblər.

Mənbə: “Politika stranı” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir