Siyasət

Səfir: “30 il ərzində kimsə Azərbaycanın səsini eşitmədi”

Sharing is caring!


“30 il ərzində beynəlxalq ictimaiyyəti Azərbaycan həqiqətləri ilə tanış olmağa çağırdıq, amma kimsə bizi eşitmədi”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov oktyabrın 18-də Ankarada “Qarabağ zəfərindən sonra Azərbaycan” başlıqlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağ probleminin həllinə görə məsuliyyət daşıyan ATƏT-in keçmiş Minsk qrupu ötən illər ərzində Azərbaycanın çağırışlarına reaksiya vermədi:

“Bəzi dövlətlər istisna olmaqla, kimsə “etnik təmizləmə”, “işğal” sözünü dilinə gətirmədi. Bu, ikili standartların təzahürü idi. Artıq biz anladıq ki, bizim dostumuz kimdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir