Siyasət

Peşəkar siyasətçi, böyük lider, qalib sərkərdə – ŞƏRH

Sharing is caring!


Prezident İlham Əliyev dünya siyasətçiləri içərisində unikallığı ilə seçilir. Əsl peşəkar siyasətçi, böyük lider, səmimilik, dürüstlük, qətiyyətlilik kimi anlayışlar İlham Əliyevin xarakterində vəhdət şəklində birləşib.

İlham Əliyev həm də qalib sərkərdədir, Ali Baş Komandan kimi onun üzərinə düşən vəzifələri icra etməsi dünyada heyrət yaradıb. Çünki müasir dövrdə torpaqları işğaldan azad etmək, ərazi suverenliyini bərpa etmək hər siyasətçiyə nəsib olmur.

İlham Əliyev isə uzaqgörənliyi, müstəqil siyasəti, özünün dediyi kimi, nəyi nə zaman etməyi bilməsi ilə Azərbaycanı dünya arenasına alnıaçıq, üzüağ çıxarır.

Prezident İlham Əliyev müstəqil Azərbaycanı güclü şəkildə inkişaf etdirdi, onun ərazi bütövlüyünü, suverenliyini təmin etdi.

İlham Əliyevin qurduğu bütöv və tarixin ən güclü Azərbaycanı bu gün regionda lider dövlətə çevrilib.

Bu o qədər də asan başa gəlməyib, İlham Əliyev Azərbaycanı oyunçu səviyyəsinə çatdırmaq üçün çox gərgin əmək sərf edib.

Bunları nəzərə alsaq, Prezident İlham Əliyevin dünya səviyyəli siyasi xadim, uzaqgörən, prinsipial, qətiyyətli siyasətçi, vətənpərvər, xalqı üçün yaşayan şəxsiyyət olduğu sübuta yetirilmiş olur.

Azərbaycan qalibdir, işğala qarşı mübarizədə Zəfər qazanıb. Bu, region üçün də əhəmiyyətlidir. Regionda sülh istəyən dövlətlər İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.

Azərbaycan xalqı da İlham Əliyevin siyasətinə dəstək verir. Xüsusilə, İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu dəstək daha da ədəbiləşdi.

Azərbaycan yaxın keçmişi də unutmayıb. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkənin hansı vəziyyətə düşdüyünü, dövlətin müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyini heç kim unutmalı deyil.

Xaos, özbaşınalıq hökm sürürdü. Ölkənin torpaqları işğal olunurdu, siyasi hakimiyyət isə xalqa yalan danışırdı. Boğazdan yuxarı sözlərlə özlərini təmizə çıxarmağa çalışırdı. Nəticə isə acınacaqlı idi. Ölkədə ictimai, siyasi, iqtisadi, hərbi sahədə böhran idi. Elə bir böhran ki, hamı itirirdi. Yeganə qazanclı isə bu durumu yaradan hakimiyyət idi. Onun da ömrü çox uzun çəkmədi və xalq ümummilli lideri Heydər Əliyevi hakimiyyətə dəvət etməklə AXC-Müsavat cütlüyünə öz yerini göstərdi.

Yaxşı olar ki, indi həmin hakimiyyətin şinelindən çıxanlar, heç olmasa, sakit dursunlar. Azərbaycanın qələbəsinə, İlham Əliyevin böyük şəxsiyyətinə kölgə salmağa çalışmasınlar.

Bəlkə, onda daha abırlı olarlar. Azərbaycan xalqı keçmişi unutmur, ona görə də kimin kim olduğunu yaxşı bilir.

Çünki İlham Əliyevə inam var, o, bütün sınaqlardan çıxıb. Dövləti qalib edib, xalqımızı qalib edib. Milli ləyaqət və qürurumuzu bərpa edib. Bunu görməmək mənəvi korluqdur.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir