İdman

Azərbaycan Kuboku: Veteran ağırlıqqaldıranların yarışında qaliblər müəyyənləşiblər – FOTO

Sharing is caring!

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşiblər.

“Report”un məlumatına görə, yarışda müxtəlif yaş qrupu və çəki dərəcələrində 15 atlet qüvvəsini sınayıb. Maraqlı mübarizə şəraitində keçən ölkə kubokunda qaliblər Sinkleyr cədvəli ilə müəyyən ediliblər.

Zəfər Tağıyev ümumilikdə 228 kq (100+128) nəticə və 363.294 xalla qızıl, Vaqif Müsadiq ümumilikdə 162 kq (72+90) nəticə və 361.993 xalla gümüş, Səddar Quliyev isə ümumilikdə 148 kq (63+85) nəticə və 357.304 xalla bürünc medal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir