Cəmiyyət

General Etibar Mirzəyev: “Hər kəs əlindən gəldiyi qədər Türkiyə üçün nəsə etməyə çalışır”

Sharing is caring!

“Biz özümüzü sizdən ayrı hesab etmirik. Çiyin-çiyinə çalışırıq və çalışacağıq”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Kahramanmaraşda Türkiyənin səhiyyə nazirinin müavini Tolqa Tolunayla görüşündə deyib.

O bildirib ki, hər gün 24 saat ərzində azərbaycanlı xilasedicilər, media nümayəndələri hadisə yerindədirlər:

“Azərbaycandan humanitar yardımlar da gəlməkdə davam edir. Hər kəs əlindən gəldiyi qədər Türkiyə üçün nəsə etməyə çalışır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir