Cəmiyyət

Kəngərlidə maşın yanıb

Sharing is caring!


Kəngərli rayonunun Qıvraq qəsəbəsində maşın yanıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, “Hyundai H100” markalı yük avtomobili yaranan texniki nasazlıq səbəbindən idarəetməni itirərək yol kənarına aşıb. Qəza nəticəsində yanğın hadisəsi baş verib.

Hadisə yerinə Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir