Siyasət

Azərbaycan nümayəndə heyəti NATO PA-nın illik sessiyası çərçivəsində görüşlər keçirib – FOTO

Sharing is caring!


Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti və Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin üzvləri NATO PA-nın 06-09 oktyabr 2023 tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən 69-cu illik sessiyasında iştirak edib.

Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyə, Norveç, Serbiya, Danimarka, Portuqaliya, İspaniya və digər ölkələrin NATO PA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirib.

Görüşlər zamanı parlamentlərarası əlaqələr, regionda son inkişaflar və Avropanın enerji təhlükəsizliyinə dair müzakirələr keçirilib, həmçinin digər maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir