Cəmiyyət

Lökbatanda ağciyərlərə oksigen yerinə kanalizasiya qoxusu dolur – VİDEO

Sharing is caring!

Lökbatanda kanalizasiya qoxusu nəfəs almağa imkan vermir. 

Bu barədə Oxu.Az-ın redaksiyasına ərazidə yaşayan sakinlər tərəfindən müraciət daxil olub. 

Bildirilib ki, söhbət Lökbatanda ​Bilal Niftəliyev küçəsindən, 10-cu Polis Bölməsinin qarşısından gedir.

Sakinlər iddia edirlər ki, bütün günü kanalizasiya suları bu vəziyyətdə küçəyə axır:

“Üfunət qoxusundan dayanmaq olmur. Aidiyyəti qurumlar isə məsələnin həlli üçün heç bir tədbir görmür. Neçə dəfə “Azərsu” ASC-yə, ərazi üzrə MKİS və icra hakimiyyətinə müraciət etsək də, sakinlərin şikayətinə baxan yoxdur”.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə kanalizasiya xəttində axıntı qeydə alınıb:

“Əraziyə qurum əməkdaşları tərəfindən baxış keçirilib. Araşdırma zamanı kanalizasiya xəttində müvafiq hissənin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilin. Təxminən kanalizasiya xəttinin 15 metrlik hissəsi yenilənəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir