Dünya

Ukraynanın ABŞ istehsalı silahları Rusiya ordusunu çətin vəziyyətə saldı

Sharing is caring!

Ukraynada iki həftədən az bir müddətdə ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sistemləri düşmənin 20-yə yaxın anbarını məhv edib.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. 

“Belə anbarların dağıdılması Rusiya qoşunları üçün son dərəcə ağırdır və maddi ehtiyatların yığılması ilə bağlı böyük problem yaradır. İndi HIMARS-ların sayı o qədərdir ki, onlara prioritet vəzifələr və məqsədlər qoyulur, yəni bunlar əməliyyat-taktiki səviyyəli anbarlardır, korpus anbarlarıdır, korpusu təchiz edən anbardır”, – deyə A.Arestoviç vurğulayıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir