Dünya

Belçikada Milad ağacı aşıb, ölən və yaralananlar var – VİDEO

Sharing is caring!


Belçikanın Oudenaarde şəhərinin mərkəzi meydanında hündürlüyü 20 metr olan Milad ağacı aşıb.

Məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb, onlardan biri xəstəxanada dünyasını dəyişib.

Şəhərin meri Marnik de Melemesterin sözlərinə görə, ağac güclü küləyə tab gətirə bilməyib və birbaşa meydanda gəzən insanların üzərinə aşıb. İki yaralı hazırda xəstəxanadadır, onların vəziyyəti barədə məlumat verilmir.

Faciənin baş verdiyi Yeni il yarmarkası şəhər rəhbərliyinin əmri ilə bağlanıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: mir24.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir