Dünya

İsrail 48 saat ərzində 300 min ehtiyat əsgəri səfərbər edib

Sharing is caring!


Fələstinin HƏMAS hərəkatı ilə müharibə səbəbindən artıq ilk 48 saat ərzində 300 min ehtiyatda olan əsgər İsrail Müdafiə Qüvvələrinə səfərbər edilib.

Bunu İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib.

Onun sözlərinə görə, Qəzza zolağından olan fələstinli radikallar oktyabrın 7-dən İsrailə 4 mindən çox raket atıblar.

O, həmçinin vurğulayıb ki, İsrail hərbçiləri ölkənin cənubunda yaraqlıların nüfuz etdiyi bütün yaşayış məntəqələrinə nəzarəti bərpa ediblər. O, ayrı-ayrı silahlıların hələ də ölkədə ola biləcəyini vurğulayıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir