Siyasət

Azərbaycan hərbçiləri Türkiyədə birgə təlimlərə qatılıblar

Sharing is caring!


Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri qardaş ölkədə birgə təlim keçirlər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, təlimdə sualtı hücum və müdafiə bölmələri (Su Altı Taaruz, Su Altı Savunma) iştirak edirlər.

Aktürk manevrlərin sentyabrın 8-də başladığını qeyd edib və ayın 15-də başa çatacağını vurğulayıb.

O, həmçinin 18-30 sentyabr tarixləri arasında “Əbədi Qardaşlıq-I” Birləşmiş Xüsusi Təyinatlı Qüvvələrin təlimi – Pakistan) və “Qafqaz Qartalı” Birləşmiş Xüsusi Təyinatlı Qüvvələrin Təlimi – Azərbaycan) təlimlərinin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Mənbə: Anka Haber Ajansı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir