Dünya

Qubernatoru terrorla öldürülən Məzari-Şərifdə daha bir partlayış: Qurbanların sayı artdı – YENİLƏNİB

Sharing is caring!

Məzari-Şərif şəhərində mədəniyyət mərkəzində partlayışda dörd nəfər həlak olub, 16 nəfər yaralanıb.

Bu barədə “Əl-Cəzirə” telekanalı Əfqanıstanın “Taliban” hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

13:01

Əfqanıstanın Bəlx vilayətində yerləşən Məzari-Şərif şəhərindəki mədəniyyət mərkəzində partlayış baş verib.

Hadisə yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 10:30) Məzari-Şərifdəki “Tabian” mədəniyyət mərkəzində baş verib.

İlkin məlumata görə bir nəfər həlak olub, beş nəfər yaralanıb.

Xəsarət alanlar arasında media nümayəndələri və uşaqlar var.

Partlayışın səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, bir neçə gün öncə Bəlxdə hökumət toplantısında partlayış baş vermişdi, nəticədə vilayətin qubernatoru Moləvi Muhəmməd Daud Müzəmmil daxil olmaqla 3 nəfər həlak olmuşdu. Terrorda məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir