İqtisadiyyat

Mikayıl Cabbarov: “Son dörd ildə əmək müqavilələrinin sayı 350 mindən çox artıb” – FOTO

Sharing is caring!


Azərbaycanda 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 350 888, qeyri-neft sektorunun özəl bölməsində isə 331 018 ədəd artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsi hesabında yazıb.

“Bu müddət ərzində qeyri-neft sektorunun özəl bölməsinin ümumi əmək müqavilələrində payı 38,5%-dən 49,7%-ə çatıb”, – deyə nazir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir