Siyasət

Hərbi qulluqçularla maarifləndirici tədbirlər keçirilib – FOTO

Sharing is caring!


Müdafiə nazirinin tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin Şəhid Ailələri, Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri hərbi qulluqçuların və mülki işçilərin maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə hərbi hissələrdə görüşlər keçirib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən görüşlər zamanı “Ailə dəyərlərinin qorunması” və digər mövzularda fərdi və qrup şəklində ətraflı söhbətlər aparılıb, şəxsi heyətin qayğıları öyrənilib, onların həlli istiqamətində birgə səy göstərilməsinin əhəmiyyəti vurğulanıb.

Həyata keçirilən maarifləndirmə tədbirlərində hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq doğuran suallar cavablandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir