İdman

Nicat Abasov: “Son günlərdə gücüm tükənmişdi”

Sharing is caring!


Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda dördüncü yeri tutan Nicat Abasov yarışın rəsmi saytına açıqlama verib.

Karyerasında ilk dəfə Dünya Kubokunda yarımfinala qədər şahmatçı yorğun olduğunu etiraf edib:

“Artıq 25 gündür ki, intensiv iş rejimindəyik. Heç vaxt belə rejimdə mübarizə aparmamışam. Son günlərdə güc tükənmişdi. Amma yarışa gələn şahmat həvəskarlarının dəstəyi yüksək motivasiyada mübarizə aparmağa kömək edirdi. Güc tükəndiyindən son oyunlarda istədiyim oyunu göstərə bilmədim. Bununla belə böyük təcrübə qazandım. İnanıram ki, bu təcrübə qarşıdakı yarışlarda layiqli nəticələr qazanmağa kömək edəcək”.

Azərbaycan şahmatçısı ona dəstək olan insanlara təşəkkür edib:

“Daim dəstək olan azarkeşlərə, şahmat ictimaiyyətinə minnətdaram. İlk dəfə belə gözəl həyəcanı hiss etdim. Növbəti yarışlarda da hamını sevindirmək üçün mübarizə aparacağam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir