Dünya

Çanaqqalada tüğyan edən meşə yanğınları nəzarət altına alındı – YENİLƏNİB

Sharing is caring!


Türkiyənin Çanaqqala şəhərində tüğyan edən meşə yanğınları nəzarət altına alınıb.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı deyib.

Onun sözlərinə görə, yanğın nəticəsində dörd min hektardan çox ərazi yanıb.

Yanğının söndürülməsinə 3174 canlı qüvvə, 10 təyyarə və 38 helikopter cəlb olunub. Ümumilikdə 900 min ton su sərf olunub.

Qeyd edək ki, Çanaqqala-Çan yolunda nəqliyyatın hərəkəti bərpa edilib.

Mənbə: Haber Global

11:12

Türkiyənin Çanaqqala şəhərinin Damyeri bölgəsində baş verən və küləyin təsiri ilə böyüyən yanğın 24 saatdan çoxdur ki, davam edir.

Məlumata görə, yanğın səbəbindən Çanaqqalada gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Qeyd edək ki, dünəndən ehtiyat tədbiri olaraq doqquz kənd boşaldılıb, evlərə ziyan dəyib.

Mənbə: TRT haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir