Cəmiyyət

Cəlilabadda iki avtomobil qoyun sürüsünə çırpıldı, 20-dən çox heyvan tələf oldu YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


Cəlilabad rayonunda iki avtomobil qoyun sürüsünə çırpılıb.

Bu barədə “Report”un yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saat beş radələrində Cəlilabad rayon sakinləri E.Şəmmədov və Ə.Alışovun idarə etdikləri “Mercedes-Benz” markalı avtomobillər rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən həmin vaxt yola çıxan qoyun sürüsünə çırpılıb.

Nəticədə 23 baş xırdabuynuzlu heyvan tələf olub, nəqliyyat vasitələrinə isə ziyan dəyib.

Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

11:28

Cəlilabad rayonunda avtomobil qoyun sürüsünə çırpılıb, 20-dən çox heyvan tələf olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili qoyun sürüsünə çırpılıb.

Qəza nəticəsində 20-dən çox xırdabuynuzlu heyvan tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir