İqtisadiyyat

“Neftqaztikinti” trestinin iki əməkdaşı dənizə düşərək vəfat edib

Sharing is caring!


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin iki əməkdaşı beton plitələrin çökməsi nəticəsində dənizə düşüb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azneft”dən məlumat verilib.

Bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Şirvan Ataş oğlu Ağaməmmədov və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Şamo Mətləb oğlu Nərimanov beton plitələrin çökməsi nəticəsində dənizə düşüblər.

“Azneft”dən bildirilib ki, aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb:

“Hadisə nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir