Dünya

Nəsri Mbappeyə səsləndi: “Öz kəndinin padşahı olmaq daha yaxşıdır”

Sharing is caring!


“Arsenal”, “Mançester Siti” kimi klubların formasını geyinmiş Samir Nəsri Kilian Mbappenin Madrid “Real”ına keçməsini arzulamadığını bildirib.

Keçmiş fransalı futbolçu bildirib ki, K.Mbappenin gedişi ilə PSJ zəifləyəcək.

“Əlbəttə, klubun büdcəsini nəzərə alsaq, parislilər başqa futbolçuları həyətinə qata biləcəklər, amma onlar Mbappe olmayacaqlar, bu aydındır. Bu gün Kilian klub və milli komanda üçün çox vacib fiqurdur. İki il əvvəl söyləmişdim ki, mən onu dünyanın ən yaxşı oyunçusu hesab edirəm. Mən hələ də belə düşünürəm. Onun yerində olsaydım, “Real”ın 50-ci Çempionlar Liqasını qazanmasına kömək etmək əvəzinə PSJ-də qalardım. Mən orada “Marsel”də oynayanda klub Qətərə məxsus olsaydı, heç vaxt oradan ayrılmazdım. Düşünürəm ki, öz kəndinin padşahı olmaq daha yaxşıdır”, – deyə 36 yaşlı Nəsri vurğulayıb.

Qeyd edək ki, “Real Madrid” rəhbərliyi dəfələrlə bəyan edib ki, “kral klubu” Kilian Mbappenin transferinə görə böyük pullar xərcləməyə hazırdır.

Mənbə: Le Figaro

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir