Cəmiyyət

Türk səyyah: “Azərbaycan ərazilərini minalardan təmizləmək üçün beynəlxalq dəstək almalıdır”

Sharing is caring!


“Bir türk olaraq biz də bu gün çox xoşbəxtik. Bu torpaqların 30 il ermənilərdə olması bizi də narahat edirdi və nəhayət, çox uğurlu bir şəkildə bu gün torpaqlarınıza qayıtmağa nail oldunuz”.

APA xəbər verir ki, bunu türk səyyah Tufan Sevincel deyib. O bildirib ki, türklər daim birlikdə olmaq məcburiyyətindədirlər:

“Ermənilərin xainliklərinin cavabını layiqincə verdik, torpaqlarımızı geri aldıq. Lakin iş bununla bitmir. Azərbaycan hökumətinin beynəlxalq arenada da dəstəyə ehtiyacı var. Ermənilər gedərkən hər yeri dağıdıblar. Xüsusilə, minalı ərazilər insanlar üçün ciddi təhlükə yaradır.

Minalanmış ərazilər çoxdur. Onların qısa müddətdə təmizlənməsi mümkün deyil. Əgər Azərbaycan hökuməti bununla bağlı beynəlxalq arenalarda çıxış edərsə, dəstək ala biləcək. Əks halda isə minaları təmizləmək çox böyük zaman alacaq. Buna görə beynəlxalq dəstək məsələsində mütləq addımlar atılmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir