XəbərAl.az xəbər verir ki,Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili, yazar Qənirə Paşayevanın rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi Tovuz Gənclər Evi ilə birgə “Evdə qal, kitab oxu”aksiyası həyata keçirib. Aksiya çərçivəsində 70 gəncə və o cümlədən rayonda fəaliyyət göstərən Gənclər evinin 60 nəfər könüllüsünə kitablar, o cümlədən koronavirus pandemiyasından qorunmaq məqsədilə tibbi gigiyenik ləvazimatlar göndərilib. Aksiya çərçivəsində göndərilən kitablar gənclərin evdə qaldıqları bu həssas dönəmdə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi daşıyır. Kitablar Azərbaycan tarixini, qəhrəmanlığını özündə əks etdirən romanları, tanınmış yazarların əsərlərini əhatə edir
Oxşar Xəbərlər
20-dən çox insan Braziliyanın cənubunu vuran siklonun qurbanı olub – FOTO
Braziliyanın cənub bölgələrini vuran güclü tropik siklon nəticəsində azı 22 nəfər ölüb. Məlumata əsasən, 21 nəfər Riu-Qrandi-du-Sul ştatında, bir nəfər isə yaxınlıqda yerləşən Santa-Katarinada təbii fəlakətin qurbanı olub. Onların arasında xidməti vəzifəsini yerinə yetirərkən həlak olan xilasedici də olub. Leysan yağışlar nəticəsində bəzi yerlərdə suyun səviyyəsi kəskin şəkildə qalxıb və bu, irimiqyaslı daşqınlara səbəb olub. […]
Bakıda məktəb binasında yanğın olub
Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli orta məktəb binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, binanın zirzəmisində 15 kvadratmetr sahədə məişət tullantıları yanıb. “Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub. Xeberal.az
Daxili İşlər Nazirliyi bir xidmət üçün 42 milyon manat alacaq
Gələn il Azərbaycanda dövlət büdcəsindən yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması üçün 42 milyon manat ayrılacaq. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Vəsait Daxili İşlər Nazirliyinin sərəncamına veriləcək. Xeberal.az