Siyasət

Brüssel görüşünün pərdəarxası Mişelin bəyanatlarında – VİDEO

Sharing is caring!


Artıq Brüssel görüşü keçmişdə qalıb. Üstəlik, tərəflərin nümayəndə heyətləri Belçika torpağına ayaq basan kimi Azərbaycan Prezidenti İlham Əliyevin özünəinamı, Ermənistanın baş naziri Nikol Paşinyanın gərgin vəziyyəti hamının diqqətini çəkdi.

Tərəflər üç saata yaxın danışıqlar masası arxasında əyləşiblər və bundan sonra Avropa İttifaqı Şurasının prezidenti bəyanatla çıxış edib.

Mişelin budəfəki bəyanatı tematik bölmələrə ayrıldı, bu da özlüyündə artıq ümumi müzakirələrdən konkret tədbirlərə və planlara müəyyən keçid deməkdir. Avropa Şurasının sədri açılış nitqində deyib:

“Bir daha səmimi, dürüst və mənalı fikir mübadiləsi apardıq”.

“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bununla bağlı ətraflı bəhs edilib:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir