Cəmiyyət

Cari ilin səkkiz ayında qeydiyyata alınan yeni qaz istehlakçılarının sayı AÇIQLANDI

Sharing is caring!


Bu ilin yanvar-avqust aylarında SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkə üzrə abonentlərə 4,9 milyard kubmetr qazın satışını həyata keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin (İB) Abonentlərə xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu gün keçirilən “Açıq qapı” günündə çıxışı zamanı deyib.

O bildirib ki, səkkiz ay ərzində satılan qazın dəyəri 100,3% toplanıb:

“Bu da istehlakçıların son bir neçə ildə rahat şəkildə ödəniş etdiklərinin nümunəsidir. Hesabat dövründə əhali qrupuna aid abonentlərə “Azəriqaz” tərəfindən 2,6 milyard kubmetr həcmində qaz satılıb. Əhaliyə satılan qazın dəyəri İB tərəfindən 100,8% toplanılıb”.

Vüqar Səmədov onu da əlavə edib ki, cari ilin 1 sentyabr tarixinə “Azəriqaz” İB üzrə 2,554 milyon nəfər abonent var:

“Həmin abonentlərin 2,513 milyonu əhali, 41 492-si isə qeyri-əhali abonent qrupuna aiddir. Cari ilin səkkiz ayında “Azəriqaz” İB tərəfindən 43 min yeni istehlakçı qeydiyyata götürülüb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir