Dünya

ABŞ Konqresinin Nümayəndələr Palatası HƏMAS-a qarşı müharibədə İsraili dəstəkləyən qətnamə qəbul edib

Sharing is caring!


ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü İsraili dəstəkləyən və HƏMAS-ı tənqid edən qətnaməni təsdiqləyib.

Bu barədə yerli KİV xəbər verir.

Səsvermənin nəticələrinə görə, qətnamənin lehinə 412 deputat, əleyhinə 10 deputat səs verib, 6 deputat isə səs verməkdən çəkinib.

Qətnamədə qeyd olunur ki, Nümayəndələr Palatası HƏMAS və digər terrorçular tərəfindən aparılan vəhşi müharibəyə qarşı müdafiədə İsraili dəstəkləyir və İsrailin özünümüdafiə hüququnu təsdiqləyir.

Sənəddə həmçinin HƏMASIN İsrailə qarşı amansız müharibəsini pislənir və HƏMAS-ı bu zorakı hücumları dərhal dayandırmağa, bütün canlı girovları təhlükəsiz şəkildə azad etməyə və ölən girovların cəsədlərini qaytarmağa çağırış edilir.

Mənbə: Interfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir