Dünya

Naməlum şəxslər Baydenin nəvəsini aparan avtomobilə girməyə cəhd ediblər

Sharing is caring!


ABŞ kəşfiyyatçıları Prezident Co Baydenin nəvəsini daşıyan avtomobilə girməyə cəhd edən üç naməlum şəxsə atəş açıblar.

Bu barədə ABŞ hüquq-mühafizə orqanlarının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, Prezidentin nəvəsi Naomi Baydeni qorumaq vəzifəsini yerinə yetirən agentlər bazar günü axşam saatlarında avtomobilin şüşəsini sındıran üç nəfəri görüblər.

Bildirilib ki, agentlərdən biri atəş açıb, lakin atəş nəticəsində heç kim xəsarət almayıb. Maşına girmək istəyən üç nəfər qaçıb gizlənə bilib.

Qeyd olunur ki, Vaşinqtonda 2023-cü ildə avtomobil oğurluğunda əhəmiyyətli artım müşahidə olunur.

Mənbə: Associated Press

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir