Cəmiyyət

Azərbaycanda beynəlxalq sığorta formununun keçirilməsi bərpa olunur

Sharing is caring!


Azərbaycanda beynəlxalq sığorta formununun keçirilməsi bərpa olunur.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) məlumat yayıb.

Bildirilib ki, ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Türkiyənin Antalya şəhərində keçirilən “Beynəlxalq Sığorta Sərgisi və Konqresi” çərçivəsində nüfuzlu beynəlxalq forum təşkilatçısı olan “Xprimm” şirkətinin rəsmisi Georgiana Oprea ilə görüşüb.

Görüşdə Azərbaycanda ənənəvi olaraq təşkil olunan, lakin COVID-19 pandemiyası ilə əlaqədar təşkilinə fasilə verilən beynəlxalq sığorta forumlarının növbəti ildən yenidən bərpası ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, sonuncu dəfə 2019-cu ildə Bakıda Beynəlxalq sığorta forumu keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir