Dünya

Pasxa günlərində Tbilisidə metro pulsuz fəaliyyət göstərəcək

Sharing is caring!


Pasxa gecəsi Gürcüstanın paytaxtı Tbilisidə metro xidməti vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə səhər saat 04:00-dək fəaliyyət göstərəcək.

Bu barədə Tbilisi şəhərinin meri Kaxa Kaladze məlumat verib.

O bildirib ki, həmin gecə saat 23:00-dan etibarən metro sərnişinlərə pulsuz xidmət göstərəcək.

Kaxa Kaladze həmçinin əlavə edib ki, Pasxa bayramı günləri – aprelin 16-da və 17-də paytaxt sakinlərinin rahatlığını təmin etmək məqsədi ilə şəhərdəki qəbiristanlıqlara xüsusi avtobus marşrutları ayrılacaq.

Mənbə: 1tv.ge

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir