Dünya

“Microsoft” Qazaxıstanda Azərbaycanı da əhatə edəcək multiregional hab açır

Sharing is caring!


“Microsoft” Qazaxıstanda Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanı əhatə edəcək multiregional hab açmağı planlaşdırır.

Bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyindən xəbər verilib.

Eyni zamanda, nazirlik habın hansı şəhərdə yerləşəcəyini açıqlamayıb.

Qeyd edək ki, 2022-ci ilin payızında Prezident Kasım-Jomart Tokayev Nyu-Yorkda “Microsoft” rəhbərliyinin nümayəndələri ilə Qazaxıstan ofisinin regional mərkəzə qədər genişləndirilməsini müzakirə edib.

Mənbə: “Sputnik” Qazaxıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir