Cəmiyyət

Lənkaranda 17 yaşlı oğlan intihara cəhd edib

Sharing is caring!


Lənkəranda 17 yaşlı oğlan intihara cəhd edib.

Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saat 14:30 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində baş verib.

Lənkəran şəhər sakini olan 17 yaşlı R.P. rayonun Sütəmurdov kəndi ərazisindəki körpüdən özünü çaya atmaq istəyib. Həmin vaxt, ərazidən keçən polis əməkdaşları bunu görüb və çevik şəkildə müdaxilə edərək intiharın qarşısını alıblar. 

Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları yeniyetməni ailəsinə təhvil veriblər.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a təsdiqləyiblər. Bildirilib ki, hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir