Cəmiyyət

“Kəpəz”in futbolçusunda hepatit olsa da, heç bir təhlükəsi yoxdur” – FOTO/VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqası təmsilçisi “Kəpəz”in futbolçusu Abdullahi Şuaybunun qanında hepatit B virusu aşkarlanıb.

Bu barədə “Xəzər TV”yə onun sabiq meneceri Dmitri Selyuk məlumat verib. 

O bildirib ki, nigeriyalı futbolçu sağlamlıq testindən keçərkən analizləri dəyişdirilib və “sağlam” olaraq qeyd edilib. Bununla bağlı hətta Baş Prokurorluq AFFA-ya müraciət edib. 

“Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumatı təsdiq edib: 

“Afrikadan gələn bir çox futbolçuda bu virus olur. Uzağa getməyək, elə Türkiyədə dəfələrlə bu cür hallar olub. Abdullahi Şuaybuya gəlincə, bəli, onda da hepatit B virusu aşkarlanıb. Amma bu virus futbolçuda irsidir, sonradan yaranmayıb. Heç bir təhlükəsi yoxdur, yoluxucu deyil. Nigeriyalı futbolçu dəfələrlə klub tərəfindən detallı analizlərə cəlb edilib. Səhhətində, sağlamlığında heç bir çətinlik yoxdur. O, komandamızın əvəzedilməz oyunçularından biridir, fiziki göstəricilərində problem olmur.

Özünü yaxşı hiss edir, daim nəzarət altında da saxlanılır. Bu məsələ niyə gündəmə gətirilib? Futbolçu ilə də söhbət etmişik. O dedi ki, əvvəlki meneceri ilə münasibətləri başa çatıb. Həmin menecer də bu yolla ona problem yaratmağa çalışır. Onunla yolları ayırıb deyə gərginlik yaradır. Menecer tərəfindən belə kampaniya həyata keçirilir. Sağlamlıq baxımından problemi də yoxdur, valideynlərindən keçib bu virus. Həkimlərin də analizlərdən sonra rəyləri var və onlar da bildirir ki, yoluxdurucu ola bilməz”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir