İdman

AKAF və TKAF arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Sharing is caring!


Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Türkiyə Kanoe və Avarçəkmə Federasiyası (TKAF) arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Cavit Kabakçı “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, oktyabrın 27-də təşkil olunacaq tədbirdə AKAF prezidenti Vüqar Əhmədov, həmçinin gənclər və idman naziri Fərid Qayıbov da iştirak edəcəklər:

“İki ölkə bu sahədə əməkdaşlığını qarşıdakı illərdə daha da artıracaq”.

Alper Cavit Kabakçı “Mingəçevir Reqatası”nın səviyyəsinin də ildən-ilə artdığını sözlərinə əlavə edib:

“Mayda “Prezident Kuboku” yarışında iştirak etmişdik. Mingəçevirdə yenidən qardaşlarımızla birlikdə olmaqdan məmnunuq. İki dövlət, bir millət şüarını əsas tutaraq, burada olduğumuz üçün çox xoşbəxtik. Yarışın səviyyəsi və iştirakçı sayı hər il artır. Azərbaycan komandası da iyulda Türkiyədə təşkil edilən yarışda iştirak etmişdi”.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Yarış ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir