Cəmiyyət

Bakıda silahlı insidentdə güllələnən şəxslərdən biri ATU-nun tələbəsidir – YENİLƏNİB + VİDEO

Sharing is caring!

Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir. 

Məlumatı Oxu.Az-a ATU-nun mətbuat xidmətindən təsdiq ediblər. 

15:31

Bakıda silahlı insidenti törətməkdə şübhəli bilinən bir nəfər tutulub. 

Bu barədə Oxu.Az-a DİN-dən məlumat verilib. 

İctimaiyyətə əlavə məlumat veriləcək.

15:23

Bakıda silahlı insident zamanı xəsarət alanların kimlikləri məlum olub. 

DİN-dən Oxu.Az-a verilən məlumata görə, xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Onlar xəstəxanaya çatdırılıblar.

15:02

Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb. 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər. 

TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

14:57

Bakıda silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb. 

Oxu.Az-ın əldə etdiyi görüntülərdə iki nəfərin qan içində yerdə uzandığı əks olunub. 

Həmçinin videoda polislərin hadisə yerində olduğu görünür. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.  

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonunda üç nəfərin odlu silahdan açılan atəşdən yaralanması barədə polisə məlumat daxil olub. 

14:45

Bakıda silahlı insident olub. 

Oxu.Az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İnsident zamanı silahlı şəxs(lər)in iki nəfəri güllələdiyi iddia edilir.

DİN Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Araşdırma aparılır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir