Dünya

“Ayrılıq, ayrılıq, aman ayrılıq…” Hataylılar əbədiyyətə yola saldıqları əzizlərini andılar – VİDEO

Sharing is caring!


Türkiyədə “əsrin fəlakəti”ndən artıq bir il ötdü. 50 mindən artıq insanın həyatını itirdiyi zəlzələnin ən dağıdıcı təsirlərinə məruz qalan Hatayda sakinlər şəhər meydanına toplaşaraq əbədiyyətə yola saldıqları yaxınlarını yad ediblər.

Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrda sakinlərin şəhər meydanına toplaşaraq bir ağızdan azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi və Rəşid Behbudovun ifasında ölümsüzlük qazanan “Ayrılıq” mahnısı ilə əzizlərini andıqları görünür.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir