Dünya

Ərdoğan: “14 milyon vətəndaşımız zəlzələdən zərər çəkib, 49 mindən çox insan həyatını itirib”

Sharing is caring!


“Ağırlığına və dağıdıcılığına görə dünyada nadir rast gəlinən təbii fəlakət ölkəmizin cənubunda 11 şəhəri silkələyib. Təxminən 14 milyon vətəndaşımız bu zəlzələlərdən birbaşa zərər çəkib, 49 mindən çox insan həyatını itirib, 115 mindən çox insan yaralanıb”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə deyib.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə dövləti dost və qardaş ölkələrin dəstəyi ilə zəlzələnin fəsadlarını qısa zamanda aradan qaldıracaq.

“Türk dünyası Türkiyənin çağırışına səs verən ölkələr arasında birincilərdən olub. Əziz xalqımız bu dəstəyinizi unutmayacaq”, – Ərdoğan vurğulayıb.

Mənbə: Gazeteduvar

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir