Dünya

Amerika Müharibə Tədqiqatları İnstitutu: “Rusiyanın Belarusdakı mövcudluğu yeni hücuma hazırlıqlara bənzəyir”

Sharing is caring!

“Bu qış Rusiyanın Belarus ərazisindən Ukraynaya genişmiqyaslı hücum ehtimalı azdır, lakin bu varianta ciddi yanaşmaq lazımdır”.

Bunu Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri bildirib.

Onların fikrincə, Moskva ən azı 2022-ci ilin oktyabrından Belarusda hansısa hərbi fəaliyyətlə məşğuldur. Lakin qeyd edilib ki, bu, Rusiyanın diqqəti yayındırma informasiya əməliyyatı da ola bilər (Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun əvvəllər dediyi kimi – red.). ISW-nin qənaətinə görə, hazırkı göstəricilər ikili xarakter daşıyır. Belə ki, Rusiyanın Belarusdakı mövcudluğunun artırılması ilə bağlı bəzi məlumatlar “yeni hücuma hazırlıqlara bənzəyir”.

Eyni zamanda da bildirilir ki, Moskvanın Belarusda fəal şəkildə zərbə qüvvəsi hazırladığına dair hələki ciddi dəlil yoxdur. “Lakin Putinin hücum üçün bu istiqamətdən istifadə etmək istəməsi ehtimalı ilə bağlı narahatlıq ayrı-ayrı ukraynalı şəxslərin fantaziyası deyil”, – deyə ISW fikrini yekunlaşdırıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir