Siyasət

Ərdoğan: “15 iyul bizim şərəf günümüz oldu”

Sharing is caring!


“Türkiyə 2016-cı ildə dövlət çevrilişi cəhdini unutmayacaq və xarici qüvvələrin ölkədə sabitliyi pozmağa yönəlmiş planlarının həyata keçirməsinə imkan verməyəcək”.

Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda 2016-cı ilin 15 iyulunda baş vermiş dövlət çevrilişinin yatırılmasının ildönümünə həsr olunmuş mitinqdə deyib.

“Biz millətimizə qarşı yönəlmiş heç bir məkrli ssenarinin reallaşmasına imkan verməyəcəyik” – mitinq iştirakçılarına xitab edən R.T.Ərdoğan vurğulayıb.

Ərdoğan vurğulayıb ki, çevriliş günlərində Türkiyə xalqı bütün dünyaya birləşərək vahid bir xalq ola bildiyini sübutu yetirdi.

“Bizim tərəfimizdə 85 milyon insan var, milli iradəni tüfənglə, tankla, təyyarə məğlub etmək olmaz. 15 iyul bizim şərəf günümüz oldu”, – deyə Ərdoğan vurğulayıb.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir