MARAQLI

İngiltərəli qadın saçlarını boyadıqdan sonra görmə qabiliyyətindən məhrub olub

Sharing is caring!


İngiltərə sakini, 49 yaşlı Şafran Vil saçlarını boyadıqdan sonra bir neçə günlük görmə qabiliyyətini itirib. Qadının yüzlərlə dəfə istifadə etdiyi boyaya qarşı allergiyaya görə kor olub.

Qeyd olunur ki, Vil həmişə eyni boyadan istifadə edib. Sonuncu prosedurdan sonra qadının səhhətində problemlər yaranıb – onun üzü və gözləri şişib. Daha sonra tibb işçiləri ona allergiyasının olduğu barədə məlumat veriblər, daha sonra dərisinə dərman məlhəmi çəkiblər və antihistamin preparatla müalicə kursu təyin ediblər.

“10 gün ərzində başım ağrıyırdı, şişkinliyin keçməsi üçün təxmini bu qədər vaxt keçməli olub. Səhər yeməyində nə yediyimi belə bilmirdim, çünki sadəcə onu görə bilmirdim”, – deyə britaniyalı qadın bildirib.

Mənbə: The Mirror

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir