Bələdiyyə seçkilərində rəsmi bir nəticənin elan olunmasından sonra, ortaya çıxan rəqəm sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Xətai Bələdiyyəsinə keçirilən seçkilərdə Araz Əlizadənin rəhbəri olduğu ASDP-nin təmsilçisi kimi iştirak edən Abdullayeva Səbinə Hidayət qızının 22362 səs topladığı məlum olub. Həmin dairədən namizəd olan və seçki prosesində olduqca aktiv təbliğat aparan jurnalist Sevda Zülfuqarlı Azinforum.az-a açıqlamasında bildirdi ki, bu nəticə ilə razılaşa bilməz: “Əminəm ki, heç o sayda səsi Araz Əlizadənin özü də toplaya bilməz. Hamı bilir ki, mən olduqca aktiv seçki təbliğatı aparmışam. Əminəm ki, bir çox tanıdığım, görüşlərdə təmasda olduğum adamlar mənə səs verib. Belə olan halda, necə olur ki, mən cəmi 32 səs toplayıram, ancaq heç kimin tanımadığı bir xanım isə 23 minə yaxın səs yığır? Mən layiqli məğlubiyyəti qəbul edərdim, ancaq bu fantastik və reallığa yaxın olmayan fərqlə razılaşa bilmərəm. Şəffaflığın təmin olunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəm”.
Oxşar Xəbərlər
Qanunsuz ov edən şəxslərdən qadağan olunmuş ov alətləri götürülüb
“Zəvvar” və “Mahmudçala” ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı “Zəvvar” və “Mahmudçala” ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib […]
Qəzzada güclü partlayış səsləri eşidildi – VİDEO
İsrail ordusu Qəzza zolağının şimalına bir sıra güclü zərbələr endirib. Bu barədə “Əl-Ərəbiyyə” müxbiri məlumat verib. Qeyd edlilib ki, Qəzza 7 oktyabrda müharibənin başlanmasından bu yana ən güclü bombardmana məruz qalıb. Həmas sözçüsü bildirib ki, İsrail Qəzzada bölgəfə rabitə əlaqəsini və əksər yerlərdə interneti kəsib. Mənbə: RBC Xeberal.az
“Qarabağ”ın sabiq məşqçisi: “Viktoriya” “Ferentsvaroş”dan güclüdür”
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov vaxtilə baş məşqçisi olduğu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə keçirdiyi ilk oyunu dəyərləndirib. 75 yaşlı mütəxəssis Sports.az saytına müsahibəsində Plzen təmsilçisi ilə qolsuz bərabərliyin səbəblərindən danışıb, Çexiyada qələbə qazanmaq üçün nələrə diqqət yetirilməli olduğunu bildirib. – “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiya çempionu […]